Azərbaycanda bir ailənin 4 üzvü qətlə yetirildi

2 Dekabr 2022 23:34

Dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Milli.Az