"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunda zədələnib

2 Dekabr 2022 22:40

"Qarabağ"ın futbolçusu Kevin Medina zədələnib.

Milli.Az "report"a istinadən bildirir ki, 29 yaşlı müdafiəçi "Neftçi"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XVI tur oyununda sıradan çıxıb.

Onun yerinə meydana 80-ci dəqiqədə İsmayıl İbrahimli daxil olub.

Milli.Az