Türkiyə Azərbaycanın haqq işini dəstəkləməyə davam edir - Hulusi Akar

2 Dekabr 2022 14:40

Türkiyə Azərbaycanın haqq işinə əlindən gələn dəstəyi verib və bunu etməyə davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, Türkiyə güclü, təhlükəsiz və effektiv müttəfiqdir.

"Gecə-gündüz azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Biz onların haqq işinə əlimizdən gələn dəstəyi vermişik və etməyə də davam edirik. Güclü Türkiyə üçün görməli işlərimiz var. Bunun üçün deyirik ki, işləmək lazımdır. Ölkəmizlə bağlı gördüyümüz işlər təkcə 85 milyon insana aid deyil. Bu, milyardlarla insana aiddir. Orta Asiyada hər kəsin Türkiyədən gözləntiləri var. Ona görə də biz səylərimizi məsuliyyətlə davam etdirməliyik" - deyə o bildirib.

Milli.Az