Quru sərhədlərin açılması ilə bağlı deputatdan açıqlama - VİDEO

2 Dekabr 2022 16:52

Dünya ölkələrində yenidən baş qaldıran koronovirus dalğası ölkəmizdə sərhədlərin açılması məsələni təxirə salacaq.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu millət vəkili Soltan Məmmədov bildirib.

Onun sözlərinə görə, sərhədlərin açılması vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

Buna görədə baş verə biləcək neqativ hadisələrin qarşısını almaq üçün dövlət hələ bu addımın atılmasını labüd hesab etmir.

"Çin, Fransa və Almaniyada son vaxtlar koronovirusun yeni ştamlarının meydana çıxması, yoluxmaların hər keçən gün daha da artması bizdə də yeni ştamların üzə çıxmasının istisna etmir.Sərt qapanmalar gözlənilməsə də, mövcud vəziyyət karantin rejiminin yenidən uzadılmasını zəruri edir",-deyə millət vəkili bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az