Rusiyanın SINAQ MÜDDƏTİ bitir - Dəhşətli savaş hələ İNDİ BAŞLAYIR

2 Dekabr 2022 14:11

"Düşünürəm ki, bu gün Rusiya Ukrayna müharibəsinin uzadılması hamının ziyanınadır və zərər verəcək ən mühüm dövlət Çindir".

Bunu Milli.Az-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.

O bildirib ki, Qərbdə bəzi siyasətçilər Ukraynanın dəstəklənməsində maraqlı deyillər:

"Rusiya-Ukrayna müharibəsinin uzadılması Çinə pula qənaət etməyə imkan verir. Yeri gəlmişkən onlar başa düşürlər ki, Ukraynaya dəstəyin az-çox müntəzəm olduğu və Rusiyaya dəstəyin kölgədə qaldığı bir məqamda hər şey sadə ola bilməz. Bu səbəbdən də böyük savaşın getdiyi səhnənin pərdəarxasında dayanıb.

Beynəlxalq sistemin necə olacağının Ukrayna savaşında hansı tərəfin qalib gəlməsinə bağlı olduğunu nəzərə alsaq, deyə bilərikmi ki, hadisələr belə davam edəcəyi təqdirdə ABŞ və Avropa Birliyi indiki beynəlxalq siyasi sistemi daha da sərtləşdirərək, yalnız öz maraqlarını indeksləşdirməyə çalışacaqlar?

Əgər Rusiya-Ukrayna müharibəsinin sonrası aydın olsa, dünyanın necə dəyişəcəyini də öncədən demək mümkün olar. Amma indiki halda bu gün heç kimin bu barədə konkret cavabına rast gəlmək mümkün deyil. Xüsusilə də, Rusiyada bu mövzuda nikbinlik artıq itib. Çünki Rusiyada mövcud hakimiyyət artıq ölür.

Buna görə də Rusiya nümayəndələri gələcək dünyanın necə olacağından artıq danışmamalıdırlar. Bu məsələdə gələcək dünya öz rolunu oynayacaq, buna görə də kollektiv Qərb Ukrayna ordusunu çox silahlandırmağa tələsmir. Çünki onun baş bilənləri Ukraynanın əzbərinə çevriləcəklərindən qorxurlar və bir çox ölkələr üçün bu, ciddi sınaq hesab edilir.

Yoxsa ABŞ-ın Rusiyaya qarşı mübarizədəki mövqeyi dalana dirənir?

Hərbi əməliyyata girməyəcəkləri üçün məğlubiyyətdən ağır itkilərlə çıxmaq təhlükəsi olan Avropa İttifaqı ölkələri deyil. Bu, sözügedən mövzuda çox böyük məsələdir. Ona görə də hesab edirəm ki, Qərb əslində Ukraynanı dəstəkləməyə davam edəcək. 

Bu gün Rusiyanın Ukrayna ilə apardığı müharibə Qərbə unikal fürsət yaradıb. Bu, elə bir savaş oldu ki, ABŞ və kollektiv Qərb Rusiyaya daim təsir etmək imkanı əldə etdi. Üstəlik də Rusiyaya sanksiyalar vasitəsilə daim təzyiq etmək imkanından söhbət gedir. Məhz elə buna görə də, Qərb bu müharibəni uduzmamaq üçün Ukraynanı dəstəkləyəcək. Orada yaxşı bilirlər ki, əgər Ukrayna uduzmasa, Rusiyanın çöküşü daha da dərinləşə bilər".

Təhməz Əsədov
Milli.Az