Həbsdə olan təbrizli qızın həyatı təhlükədədir

2 Dekabr 2022 11:53

İranda etirazlar zamanı hökumət qüvvələri tərəfindən oğurlanaraq Vəramin şəhərindəki Qərçəq həbsxanasına aparılan 23 yaşlı azərbaycanlı qız Roşənək Mövlayi indi naməlum yerə köçürülüb.

Milli.Az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, bir neçə gündür ki, təhlükəsizlik qüvvələri onu həbsxanadan qaçıraraq naməlum yerə köçürüblər. 

Qeyd edək ki, Roşənək Mövlayi əslən Təbrizdəndir.

Milli.Az