Azərbaycanda yeniyetmə qız hamilə qaldı: Araşdırma aparılır

2 Dekabr 2022 11:21

Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu, Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) müayinə zamanı bilinib.

Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olduğu üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.

Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.

Milli.Az