Bağırsaq xərçənginə qarşı pəhriz

6 Dekabr 2022 21:05

Kişilərdə son zamanla yoğun bağırsaq xərçəngi daha çox aşkar olunmağa başlayıb.

"Medicina" xəbər verir ki, koreyalı alimlər 80.000 kişinin məlumatlarını təhlil edərək, daha çox bitki qidaları yeyənlərin xərçəng riskinin yeməyənlərdən 22 faiz az olduğunu aşkar ediblər.

Kyung Hee Universitetinin tədqiqatçısı Jihye Kim tədqiqat barədə deyib:

"Biz hesab edirik ki, meyvə, tərəvəz və dənli bitkilər kimi qidalarda olan antioksidanlar xərçəngə səbəb ola biləcək xroniki iltihabı boğaraq bağırsaq xərçəngi riskini azaltmağa kömək edə bilər".

Milli.Az