D vitamini əskik olanlar tez ölürlər? - AÇIQLAMA

6 Dekabr 2022 21:25

D vitamini əskikliyi hər bir şəxsdə ölüm riskini 25% artırır.

Bakupost.az xəbər verir ki, bu vitamin ehtiyatını artırıb, 40-50-70 arası saxlamaq bu problemi həll edə bilər.
Həkim Tatyana Zaxarova bildirib ki, alimlər D əskikliyi ilə erkən ölüm arasında səbəb nəticə əlaqəsini sübut ediblər.

Bu əlaqə analizdə D vitamini 50-dən aşağı olanlar üçün müəyyən edilib. Ondan yuxarı olanlarda təhlükə yoxdur.

Əgər analizdə D vitamini 25 moldan azdırsa, bu zaman ölüm riski 25% daha da yüksəlir.

Ən təhlükəli hədd 25 moldan aşağı olmaqdır.
Orqanizmdə D vitamini 50-ə çatdıqda, ölüm riski 2 dəfə azalır.

D vitamini əskik olduqda, bu xəstəliklərdən ölüm daha çox olur.

- Ürək-damar
- Xərçəng
- Qəfləti ölüm
- Kəskin virus və bakterial xəstəliklərdən

Məsələn, pandemiyada alimlər D vitamini əskik xəstələrin Coviddən daha çox öldüyünü bildirmişdi.
Analizlərində D vitamini 50-dən aşağı olan hər kəs yüksək dozada D vitamini əlavəsi qəbul etməlidir.

Milli.Az