Saakaşvilinin ölümü qaçılmazdır - Şok hesabat

2 Dekabr 2022 13:18

"Empatiya" Tibb Mərkəzi Gürcüstanın eks-prezideni Mixail Saakaşvilinin səhhəti ilə bağlı hazırlanmış hesabatı ictimaiyyətə təqdim edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, hesabatda zəhərli, o cümlədən kimyəvi birləşmələrin və radioaktiv maddələrin vaxtında diaqnostikasının aparılmasının zəruri olduğu bildirilib.

Qeyd olunub ki, proses gecikdirilərsə, bu zaman intoksikasiya ehtimalını nəzərə alaraq, Saakaşvilinin komaya düşməsi və ölümü qaçılmazdır.

Hesabatda 20-dən çox diaqnoz və ya simptom-kompleks olduğu bildirilib.

Qeyd edilib ki, onlardan 10-u ciddi diaqnozdur və bu da Saakaşvilinin mövcud vəziyyətdə həbsdə saxlanmasının yolverilməz olduğunu ortaya qoyur.

Milli.Az