Peledə bu xəstəlik aşkarlandı

2 Dekabr 2022 08:40

Həkimlər əfsanəvi braziliyalı futbolçu Pelenin bronxopnevmoniya xəstəliyinə tutulduğunu aşkarlayıb.

Milli.Az bildirir ki, bu barədə "qafqazinfo"  "ESPN Brasil"ə istinadən xəbər verir.

Məlumata görə, bu diaqnoz bronxiolun divarlarının kəskin iltihabı ilə əlaqədar aşkarlanıb.

Qeyd edək ki, bronxopnevmoniya ağciyərlərin iltihablanmasına səbəb olan bir sətəlcəm növüdür.

Daha əvvəl xərçənglə mübarizə aparan Pelenin ürək çatışmazlığı və şişkinlik səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Milli.Az