Bakıda avtomobil işıq dirəyinə çırpılıb - FOTO

2 Dekabr 2022 07:21

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

"Kia" markalı avtomobili idarə edən sürücü Rəşid İsmayılov küçəsində sükana nəzarəti itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü xəsarət alıb. İşıq dirəyi sıradan çıxıb, avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az