Toyda azı 200 nəfər zəhərlənib

2 Dekabr 2022 07:14

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatının Monterrey şəhərində toyda kütləvi zəhərlənmə baş verib.

Trend xəbər verir ki, bu barədə regional səhiyyə şöbəsinin müdiri Alma Marrokinə istinadən "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 200 nəfər zəhərlənib. Zəhərlənənlər arasında uşaqlar da olub.

Zəhərlənməyə nəyin səbəb ola olduğu hələlik məlum deyil. Tədbirin keçirildiyi otelin fəaliyyəti müvəqqəti dayandırıb.

Milli.Az