UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb

1 Dekabr 2022 22:19

UEFA-nın Klubların Maliyyə Nəzarəti Orqanı İtaliya "Yuventus"u ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Turin təmsilçisi lisenziya və maliyyə feyr-pleyi qaydalarını pozmaqda günahlandırılır.

Daha əvvəl klubun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

Qeyd edək ki, İtaliya mətbuatı "Yuventus"un yeni prezidentinin Canluka Ferrero olacağını yazıb.

Milli.Az