Türk jurnalist erməni deputatı çətinə saldı – O sözdən belə yayındı

1 Dekabr 2022 22:04

Türkiyə parlamentində "erməni soyqırımı"nın tanınmasını ehtiva edən qanun layihəsi ilə gündəmə gələn HDP-nin erməni əsilli millət vəkili Qaro Paylan bu dəfə PKK-nın terror təşkilatı olduğu faktını dilinə gətirməkdən yayınıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, jurnalist Fatih Portakalın Yutub kanalında qonaq olan Paylanın bu davranışı sosial şəbəkələrdə sərt təpkilərlə qarşılanıb.

"Məncə, PYD və PKK bir nəticədir. Suriya demokratik ölkə olmadığı üçün oradakı bəzi ünsürlər ekstremist məqamlara gəlib çatıblar. PYD öz kimlikləri olan xalqlara fərqli həyat təklif edir. Demokratiya əngəllənəndə zorakılıq ön plana çıxdı", - erməni siyasətçi bildirib.

Fatih Portakal PKK terror təşkilatını öz adıyla çağırmaqdan çəkinən Qaro Paylana belə reaksiya verib:

"Məndən soruşsalar, deyə bilərəm ki, PKK terror təşkilatıdır, amma sizdən soruşanda bu suala dəqiq cavab verə bilmirsiniz".

Milli.Az