Gəncədə tələbələr arasında kütləvi dava oldu

1 Dekabr 2022 21:54

Gəncədə tələbələr arasında kütləvi dava olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə davaya çevrilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Milli.Az