Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb - Lavrov

1 Dekabr 2022 14:38

Praqada dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata Bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu cümə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.

"Almatı bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında mövcud olan sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində olub. Bu sənəd Azərbaycan, həm Ermənistan, həm də Fransa və Şarl Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildi. Bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir", - Rusiya XİN rəhbəri bildirib.

Milli.Az