ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası başlayıb

1 Dekabr 2022 13:22

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası başlayıb.

Milli.Az xəbər verir ki, iclasda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raunun dəvəti ilə təşkilatın üzvü olan 57 ölkənin xarici işlər nazirləri iştirak edir.

Polşanın Lodz şəhərində keçirilən illik toplantıda xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir. XİN başçısının ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Milli.Az