Prezident İlham Əliyev Elmar Qasımovu təltif edib

1 Dekabr 2022 12:05

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Təltif edilənlər arasında Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov da var. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Milli.Az