Meksika millisi baş məşqçisiz qaldı

1 Dekabr 2022 13:57

Qətərdə keçirilən DÇ-2022-də daha bir baş məşqçi komandasını tərk edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Xerardo Martino Meksika yığmasının çalışdırıcısı vəzifəsindən ayrılıb.

Müqaviləsi başa çatan mütəxəssis komandada qalmayacağını açıqlayıb. Buna komandanın qrupdan çıxa bilməməsi səbəb olub. Son turun görüşündə Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gələn şimali amerikalılar 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, "Barselona" və Argentinanın sabiq baş məşqçisi 2019-cu ildən Meksikanı çalışdırırdı.

Milli.Az