Oğlunun toyunda Xatunu Xalq artisti ağlatdı - VİDEO

1 Dekabr 2022 19:27

Xəbər verdiyimiz kimi, noyabrın 29-da müğənni Xatun Əliyeva oğlu Adilə toy edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, məclisin özəl qonağı isə Xalq artisti Aygün Kazımova olub.

Möhtəşəm səhnə performansı ilə toyu coşduran pop diva həmkarı ilə bağlı dilə gətirdiyi sözlər Xatunu qəhərləndirərək, ağladıb.

"Üzün gülsün, artıq ürəkdən gülsün. Sən necə bacı, necə ana, necə özəl insansan. Allah səni saxlasın. Allah hər zaman səni sevindirsin. Göz yaşların sevincdən olsun. Ən gözəl sözlərə layiqsən. Çox sədaqətli insansan", - deyə A.Kazımova səhnədən Xatuna səslənib.

A.Kazımovanın bu sözlərindən sonra X.Əliyeva isə səhnəyə qalxıb və onu qucaqlayaraq təşəkkürünü bildirib.

Milli.Az