Rusiya böyük hücuma hazırlaşır - Peykdən təsdiq

1 Dekabr 2022 12:51

Rusiya Ukraynaya kifayət qədər böyük hava hücumu planlaşdırır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kral Müdafiə Araşdırma İnstitutunun britaniyalı analitiki Maykl Klark danışıb.

Klark qeyd edib ki, son günlər Rusiya aerodromlarında hava aktivliyi artıq sosial şəbəkələrdə yayılır və bu, peyk məlumatları ilə təsdiqlənir.

Analitikin fikrincə, Rusiya qoşunları Xerson vilayətində müdafiə qurub, qışda döyüşlərə hazırlaşırlar.

Baxmut istiqamətində də gərgin döyüşlərin getdiyini söyləyən Klark əlavə edib ki, bu, cəbhə xəttində rusların minimal irəliləyiş əldə edə biləcəyi yeganə sektordur.

Milli.Az