Boşanma məhkəməsindən əl-ələ çıxdılar

1 Dekabr 2022 12:18

Məşhur türk pianoçu və bəstəkar Fazıl Say həyat yoldaşı Ece Dağıstanla boşanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Fazıl xanımıyla 7 illik münasibətlərini gözəl xatırlayacağını bildirib.

"Çox qəmginəm, həyat yoldaşım Ece ilə evliliyimizi bu gün sona çatdırdıq. Beykoz Məhkəmə binasına əl-ələ girib, əl-ələ çıxdıq", - deyə 52 yaşlı sənətçi qeyd edib.

Xatırladaq ki, cütlük 2019-cu ildə ailə qurub.

Milli.Az