Sibel Canın yeni evləndirdiyi oğlu boşanır?

1 Dekabr 2022 16:28

Sibel Canın 45 gün öncə ailə quran oğlu Engincan Ural və gəlini Merve Kayanın boşanma qərarı aldığı iddia edilib.

Milli.Az olay-a istinadən xəbər verir ki, türk mediasında yer alan xəbərə görə, Merve Engincana xəyanət edib və bu cütlüyün ayrılığına səbəb olub.

Sözügedən dedi-qodulardan sonra Sibel instaqramda oğluyla gəlininin fotosunu gözmuncuğu işarəsiylə paylaşaraq, yayılan xəbəri təkzib edib.

Milli.Az