"Avroviziya" təmsilçisi faciəvi şəkildə öldü

1 Dekabr 2022 10:01

"Qili və Qalit" dueti ilə 1989-cu ildə Avroviziya mahnı müsabiqəsində tanınan israilli müğənni Qalit Şira Burq avtomobil qəzasında dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,İsrailin Kfar Daniel kəndi yaxınlığında baş verən qəzada 54 yaşlı müğənninin avtomobili yük maşını və digər nəqliyyat vasitəsiylə toqquşub. Hadisə yerinə gələn həkimlər Qalit Burqun həyatını xilas edə bilməyiblər. 

Toqquşma nəticəsində həmçinin 20 yaşlı yük maşınının sürücüsü və ikinci avtomobili idarə edən 30 yaşlı qadın yüngül xəsarət alıb.

Milli.Az