“Nə? Harada? Nə zaman?” klubunun oyunçusu axtarışa verilib

1 Dekabr 2022 08:18

Rusiya hüquq-mühafizə orqanları vəkil, "Nə? Harada? Nə zaman?" televiziya klubunun oyunçusu İlya Novikovu axtarışa verib.

Bu barədə "TASS" Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasından xəbər verib.

"11 fevral 1982-ci il təvəllüdlü Novikov İlya Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - məlumat bazasında deyilir.

O, hüquqşünas kimi ukraynalı pilot Nadejda Savçenkonun, rejissor Oleq Sentsovun müdafiəsi ilə yadda qalıb. Bundan əlavə, Novikov Aleksey Navalnının "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun maraqlarını təmsil edib.

2002-ci ildən 2016-cı ilə qədər "Nə? Harada? Nə zaman" intellektual televiziya şousunun daimi oyunçusu olub və burada dəfələrlə mükafatlar qazanıb.

Milli.Az