Meksika qələbə qazanıb niyə qrupda qaldı?

1 Dekabr 2022 08:23

C qrupunda baş tutan oyunlardan sonra Argentina və Polşa növbəti mərhələyə vəsiqə qazanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Meksika Səudiyyə Ərəbistanını 2:0 hesabı ilə məğlub etsə də, qrupda qalıb.

Meksikanın Polşa ilə xalları eyni olsa da, şimali amerikalılar 1/8 finala çıxa bilməyib.

Buna səbəb isə Meksikanın daha çox top buraxmasıdır.

Milli.Az