Kamil Zeynallı canavar aldı - Ondan Azərbaycanda yoxdur - FOTO

1 Dekabr 2022 09:39

İdmançı və bloger Kamil Zeynallı qurdla "yoldaşlıq etməyə" başlayıb.

Milli.Az xəbər verir ki, Kamil özünə canavar alıb. O, instaqram hesabında böyük bir canavarla birgə çəkdirdiyi fotolarını paylaşaraq bunları yazıb:

"Mənim canavarım. Nana canavardan törəmədir. Hürə bilmirlər, arada ulayırlar. Bizim Qafqaz dağlarında bundan yoxdur, Çexiyada olur. Canavarlarla "Çoban itinin" cütləşməsindən əmələ gəlib, amma canavardır. Dostum Nana..." .

Məhəmməd Vaqif
Milli.Az