Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

30 Noyabr 2022 23:10

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az