İki avtomobil toqquşub, xəsarət alanlar var

30 Noyabr 2022 22:56

Ağdam rayonunun Yüzbaşılı kəndi ərazisində iki avtomobil toqquşub, xəsarət alanlar var.

Milli.Az "report"a istinadən bildirir ki, yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan birinin vəziyyəti qismən ağır olduğu üçün o, Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralıların kimliyi və hadisənin necə baş verməsi araşdırılır.

Milli.Az