Canlı efirdə Şəfiqə Nağıyevanın üstünə su atdılar - VİDEO

30 Noyabr 2022 20:36

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində qalmaqal baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib.

Anar Vəziroğlu "Bu qadında ləyaqət yoxdur" deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.

Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Anar Vəziroğlu Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun qardaşıdır.

Milli.Az