Elza Seyidcahanın avtomobili cərimə meydançasına aparıldı

30 Noyabr 2022 17:16

Əməkdar artist Elza Seyidcahanın avtomobili cərimə meydançasına aparılıb.

Milli.Az  axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Günün sədası" proqramında deyib. 

"Bura gələndə maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi. Vaxtında cəriməni ödəmirəm və yığılır. Texniki baxış etmirəm, ona görə yığılıb qalır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik" deyə, Seyidcahan söyləyib.

Qeyd edək ki, E.Seyidcahan bundan əvvəl də 5 min manat cəriməsi olduğunu və maşınının əlindən alındığını söyləmişdi.  

Milli.Az