"Öz dilimizdə oxusam, çörəyinizi əlinizdən alaram"

30 Noyabr 2022 20:32

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Azərbaycan dilində "De mənə gülüm" adlı mahnı buraxdığını yazaraq yerli müğənnilərə söz atıb.

"Sözümün canı ondadır ki, üzümü tuturam bəzi toy müğənnilərinə: Özünüzü ağıllı aparın! Öz dilimizdə oxusam, çörəyinizi əlinizdən alaram" deyə, o, paylaşımında qeyd edib.

Milli.Az