Dostunun sevgilisinə söz atan oğlanı öldürüb, eyvandan atdılar

30 Noyabr 2022 19:04

Rusiyada, Xabarovskda dostunu bıçaqlayan kişi və onunla birgə yaşayan qadın saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, noyabrın 29-na keçən gecə Sənaye Məhəlləsindəki mənzildə iki kişi və bir qadın spirtli içki qəbul edib. Onların arasında mübahisə düşüb. Sonra ev sahibi və sevgilisi bıçaq götürərək dostunun sinə və mədə nahiyəsinə bir neçə zərbəsi endiriblər. Daha sonra cütlük qurbanı altıncı mərtəbənin pəncərəsindən park edilmiş avtomobilin üzərinə atıb.

Münaqişə qurbanın ev sahibinin sevgilisinə kompliment söyləməsi səbəbindən yaranıb. Bu, paxıl yoldaşını qəzəbləndirib. Qazeta.ru dəqiqləşdirib ki, meyiti avtomobilin sahibləri tapıb.

Fakta görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə iş başlanıb.

İrfan Vəliyev
Milli.Az