MİT PKK-nın kəşfiyyat rəhbərini məhv etdi

30 Noyabr 2022 12:18

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.

Əməliyyat nəticəsində PKK-nın "kəşfiyyat koordinator"u Fatma Onur məhv edilib.

Milli.Az