Ermənilərdən növbəti vandallıq: Qəbirlərimizi təhqir edirlər - VİDEO - FOTO

30 Noyabr 2022 11:34

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.

Videoda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri - başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.

Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına (2016-cı ilədək mövcud olub - red.) məxsus şevron olduğu da görünür.

Milli.Az