İranda zəlzələ olub

30 Noyabr 2022 19:58

İranda 5,7 bal gücündə zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanlar Hörmüzqan əyalətinin Kəng bölgəsində yerin 16 kilometr dərinliyində qeydə alınıb.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Milli.Az