"Günay İbrahimli və Sevda Yahyayeva mənə "papa" deyir"

30 Noyabr 2022 16:26

Müğənni Nadir Qafarzadə şou-biznesdəki "qızları"ndan danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda ifaçı "7 canlı" verilişinə qonaq olarkən söz açıb.

Nadir bildirib ki, müğənnilər Gülay Zeynallı, Günay İbrahimli və Sevda Yahyayeva ona "Papa", - deyə, müraciət edir:

"Mənim bir neçə qızlarım var. Gülay, Günay, Sevda - onlar mənim qızlarımdır. Mənə şirin-şirin deyirlər ki, "Papa" necəsən? Çünki onlar gözümüzün qarşısında böyüyüb, uğurlar qazandılar. Öz tərbiyəsi, mədəniyyəti ilə. Mən onların valideyninə təşəkkür edirəm, çünki bunlar hamısı ailədən gəlir".

Milli.Az