"Lukoyl" Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlini dayandırır

30 Noyabr 2022 18:40

Rusiyanın "Lukoyl" şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xəzər dənizindən neft nəqlini dayandırmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbələrə isitnadən bildirir.

Qeyd olunur ki, şirkət həmin həcmi Xəzər boru xətti konsorsiumu sisteminə yönəldəcək.

Bu qərar Aİ-nin Rusiya neftinə embarqo qoyması ilə əlaqədar verilib. Aİ dekabrın 5-dən etibarən Rusiyadan neft alışına məhdudiyyətlər tətbiq edir.

Milli.Az