Qəza olub, xəsarət alanlar var

30 Noyabr 2022 08:54

Göygödə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub.

Milli.Az