Bakıda evə basqında xəsarət alan şəxs reanimasiyaya yerləşdirilib

30 Noyabr 2022 07:48

Bakıda evə basqında bıçaq xəsarəti alan şəxs reanimasiyaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, 3 nömrəli xəstəxanaya başından bıçaq xəsarətləri alaraq yerləşdirilən 1997-ci il təvəllüdlü Elbrus Ağalarov həkimlərin tibbi yardımından sonra evə buraxılıb.

Başından bıçaq xəsarətləri alan 1945-ci il təvəllüdlü Şahirə Muradovanın vəziyyəti isə ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az