"Türkiyəli müttəfiqlərimizlə əlaqələrimizə gəlincə..."

30 Noyabr 2022 07:00

ABŞ və Türkiyənin müdafiə nazirləri Loyd Ostin və Hulusi Akar arasında yaxın vaxtlarda təmaslar planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder brifinq zamanı deyib.

"Türkiyəli müttəfiqlərimizlə əlaqələrimizə gəlincə, biz onlarla həm yüksək komandanlıq səviyyəsində, həm də əməliyyat səviyyəsində müntəzəm əlaqə saxlayırıq. Məlumat verə bilərəm ki, müdafiə naziri Ostin yaxın vaxtlarda türkiyəli həmkarı ilə danışıqlar aparacaq", - deyə o bildirib.

Milli.Az