Millət vəkili arvadının belə saymadığı partiya sədrindən danışdı

29 Noyabr 2022 21:02

"Partiya sədri tanıyıram ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Siyasi partiyalar haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Nəsibov bildirib.

O qeyd edib ki, bəzi partiya sədrləri rəhbərlik etdiyi təşkilatın möhürünü haraya qoyduğunu belə unudub.

"Qanunun əsas qayəsi ondan ibarətdir ki, bu məsələlər həllini tapsın: siyasi partiyalara hörmət olunsun, onların nüfuzu qalxsın", - deyə millət vəkili əlavə edib.

Milli.Az