Bakıda Tatarıstan-Azərbaycan biznes forumu keçirilib - FOTO

29 Noyabr 2022 17:54

Bu gün Bakıda Rusiyanın Tatarıstan bölgəsinin və Azərbaycanın iş adamlarının iştirakı ilə biznes forum keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.

"Tatarıstan Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə keçirilmiş tədbir ikitərəfli əməkdaşlığın inkişafı, iqtisadi-ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes tərəfdaşlığının perspektivləri üçün faydalı olacaq", - deyə o qeyd edib.

Milli.Az