Bədəni və zehni müalicə edən üsul

6 Dekabr 2022 21:20

Təzə giləmeyvənin və moruğun özünə məxsuz gözəl dadı və ətri var. Həzmi yaxşılaşdıraraq susuzluğu aradan qaldırır.

"Deyerler.org"un İslam.ru-ya istinadən verdiyi xəbərə görə, qida rasionunuza moruq və giləmeyvəni əlavə edin. Onlar müxtəlif məda-bağırsaq xəsətəliklərinə qarşı, ağrıkəsici, iltihab əleyhinə vasitə kimi çox faydalıdır.

Qızdırma salan vasitə olmaqla yanaşı, moruq antitoksik və qanartırıcı vasitə kimi istifadə edilərək, iştahanı artırmış olur.

Moruq qadınlar üçün də olduqca əhəmiyətlidir. O, dərinin tonusuna və rənginə müsbət təsir göstərir. Moruq mis tərkibli olaraq, antidepressantdır. Buna görə moruq gərgin iş rejiminə malik olan insanlar üçün əvəzolunmaz hesab edilir.

Moruq soyuqdəymə, oynaq ağrıları, radikilut və digər xəstəliklər zamanı istifadə edilir.

Milli.Az