Paşinyanın qardaşının üstünə maşın sürdülər

29 Noyabr 2022 15:44

İrəvanda sürücü maşını Baş nazir Nikol Paşinyanın qardaşı Armen Paşinyanın üzərinə sürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə İrəvanın Malatiya-Sebastiya rayonunda baş verib.

Sürücü hadisə yerindən qaçmağa cəhd etməyib.

Baş nazirin qardaşı sınıq xəsarətləri alıb və tibb mərkəzinə yerləşdirilib.

Milli.Az