"Miss Qazaxıstan" evində ölü tapıldı

29 Noyabr 2022 16:20

2000-ci ildə "Miss Qazaxıstan" müsabiqəsinin qalibi olan aktrisa Nataliya Steşenkon evində ölü tapılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 37 yaşlı aktrisanın cəsədi Moskvada Rostovskayadakı mənzilində aşkarlanıb. Nataliyanın övladı anası üçün təcili tibbi yardım çağırmağı qonşulardan xahiş etsə də onun həyatını xilas etmək mümükün olmayıb.

Aktrisanın hansı səbəbdən öldüyü hələlik açıqlanmayıb.

Qeyd edək ki, Nataliya Moskvada Ay Teatrında aktrisa kimi fəaliyyət göstərib. O, 2000-ci ildə "Miss Qazaxıstan" müsabiqəsinin qalibi olub. Aktrisa həmçinin, 2005-ci ildə "Aldadılmış qadınlar liqası" ("Лига обманутых женщин") serialında baş rollardan birini canlandırıb.

Milli.Az