Bakıda mənzilə basqın edildi, külli miqdarda xarici valyuta oğurlandı

29 Noyabr 2022 13:12

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az