Mədə xərçəngindən sağalan Ramiz Novruzovun vəziyyəti necədir?

29 Noyabr 2022 17:50

Mədə xərçəngindən sağalan Xalq artisti Ramiz Novruzun hazırkı sağlamlıq vəziyyəti açıqlanıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətkarın vizajist qızı Şəfəq Novruz "Səhər mərkəzi" verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşularaq, atasının səhhəti ilə bağlı məlumat verib.

"Atam bir az arıqlayıb. Amma ümümi vəziyyəti yaxşıdır. Səhhəti yerindədir. Atam arıqladığına görə, hələki heç bir verilişə çıxmır.  Ümüd edirik ki, atam daha yaxşı olacaq. O, mədə xərçəngindən əziyyət çəkirdi. Bizə ilk olaraq çox pis xəbər verdilər. Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva atamın müalicəsini öz öhdəliklərini götürdülər. Atam "Bona  Dea" klinikasında altı ay müalicə aldı. Müalicəsi hələ də davam edir", - deyə Şəfəq bildirib.

Milli.Az