Azadın oğlunun təmtəraqlı doğum günü məclisində çal-çağır - VİDEO

29 Noyabr 2022 19:34

Müğənni Azad Şabanov kiçik oğlu Pənah Əliyə doğum günü məclisi keçirib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, ötən axşam paytaxt restoranlarının birində övladının bir yaşı tamam olması münasibəti ilə sənətçi ailə üzvlərini, yaxınlarını və həmkarlarını başına toplayıb.

Pənah Əlini təbrik etmək üçün gecəyə Xalq artisti Tünzalə Ağayeva, Miri Yusif, Əməkdar artist Sevda Ələkbərzadə, Dilarə Kazımova, Murad Arif,  "Cin" ləqəbi ilə tanınan Ceyhun Zeynalov və bir sıra digər məşhurlar axın edib.

Onlar rəqsləri və ifaları ilə məclisi daha da coşdurublar. Gecə saatlarına kimi davam edən doğum günü məclisində Azadın həyat yoldaşı Toma və digər oğlu Səid Əli iştirak etsələr də, nədənsə qonaqlar tərəfindən sosial şəbəkədə paylaşılan görüntülərdə onlar gözə dəyməyib.

Qeyd edək ki, A.Şabanov Toma adlı xanımla 2019-cu ildə ailə qurub. Cütlüyün 2022-ci ildə Pənah Əli, 2021-ci ildə isə Səid Əli adlı oğulları dünyaya gəlib.

Milli.Az